İdman tibb həkimi Ashley Tosh insanların arıqlamaq istəyərkən etdikləri ümumi səhvi açıqlayıb.
E-saglam.az xəbər verir ki, ekspertin fikrincə, çəkinizi tez-tez ölçmək və tərəzidəki rəqəmlərə asılmağa ehtiyac yoxdur. Arıqlama prosesinə hərtərəfli baxmaq lazımdır.
Edə biləcəyiniz ən pis səhvlərdən biri tərəzidəki rəqəmlərə çox diqqət yetirməkdir. Onlar sizin fitness tərəqqinizi dəqiq əks etdirmir və hər şeyi düzgün etsəniz belə, həvəsdən sala bilər.
Mütəxəssislər həftədə 0,5 kiloqramdan 1 kiloqrama qədər arıqlamanın normal olduğunu deyirlər. Daha tez arıqlamaq qeyri-sabit nəticələrə səbəb ola bilər.
Tərcümə: Könül Oruc