Faydalı
Mürəkkəb xəstəlikləri müalicə edən
Faydalı
188

Mürəkkəb xəstəlikləri müalicə edən sadə tərəvəz - ürək üçün də faydalıdır

Bir çox insan tərəvəz şirələrini dadına görə xoşlamır. Meyvə şirələri qədər ləzzətli deyil və susuzluğu da yaxşı yatırtmır. Ancaq elmi araşdırmalar göstərir ki, bu fikirlər sizi səhv istiqamətə yönləndirə bilər.

E-saglam.az xəbər verir ki, Londondakı Müqəddəs Bartolomey Xəstəxanası və Kraliça Meri Universitetinin alimləri müəyyən ediblər ki, çuğundur suyu ürəyin işemik xəstəliyindən əziyyət çəkən insanlara ciddi şəkildə kömək edə bilər.

Bu xəstəlik bədəndə azot oksidinin çatışmazlığı ilə əlaqələndirilir. Azot oksidi isə qan təzyiqinin tənzimlənməsiiltihabın azaldılması üçün vacibdir. Alimlər araşdırma zamanı çuğundur suyunun bu maddəni bərpa etmə gücünə malik olduğunu sübut ediblər.

Əməliyyatdan sonra infarkt riski azalır

İşemik ürək xəstəliyində tez-tez tətbiq edilən stent əməliyyatı tam həll yolu deyil. Araşdırmalar göstərir ki, əməliyyatdan sonra belə, 5 il ərzində infarkt riski yüksək qalır. Lakin müntəzəm olaraq çuğundur suyu içən xəstələrdə bu risk 7,5% azalır.

Mütəxəssislər bu faydanı çuğundurda təbii şəkildə yüksək səviyyədə olan üzvi olmayan nitratlarla əlaqələndirirlər. Bu maddələr orqanizmdə azot oksidinə çevrilərək ürəyə müsbət təsir göstərir.

Sadə görünən çuğundur suyu əslində mürəkkəb tibbi problemlərin qarşısını almaqda güclü vasitə ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun