
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev vəfat edib.

E-saglam.az bildirir ki, bu barədə Oxu.Az-a onun qızı Leyla Rəhimli məlumat verib.
O bildirib ki, aktyor bu gün səhər saatlarında vəfat edib.
Xatırladaq ki, Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyatdan sonra xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.
E-saglam.az