Sağlamlıq
Mövsümündən əvvəl satışa çıxarılan çiyələklər
Sağlamlıq
374

Mövsümündən əvvəl satışa çıxarılan çiyələklər – Təhlükəlidir?

Artıq bir müddətdir ki, Bakıda çiyələklər satışa çıxarılıb.

E-saglam.az xəbər verir ki, xüsusi ilə metroətrafı ərazilərdə küçə ticarəti ilə məşğul olan satıcıların piştaxtalarında plastik qablarda olan çiyələk görmək olar. 

Bu plastik qutudakı çiyələklərin çəkisi təxminən 500 qrama yaxın, qiymətləri isə 6-8 manat arası dəyişir. 

Lakin hələ çiyələk mövsümünün gəlmədiyini, havaların tam isinmədiyini nəzərə alaraq, bu çiyələklərin təbii deyil, istixanalarda yetişdirildiyini təxmin etmək olar. Bundan əlavə hazırda ölkəmizə müxtəlif ölkələrdən də çiyələk idxalı həyata keçirilir. 

Lakin mütəxəssislər mövsümü olmayan bu meyvənin nə alınmasını, nə də uşaqlara yedizdirlməsini tövsiyə etmir. 

Mövsümü olmayan çiyələklər xüsusi ilə həssas insanlarda müxtəlif allergik reaksiyalara səbəb olur. Mütəxəssislər qeyd edir ki, təkcə uşaqlar deyil, yaşlılar və hamilə qadınlar da mövsümündən əvvəl satışa çıxarılan çiyələkləri yeməkdən imtina etməlidir. Çünki bu, zəhərlənmələrə də səbəb ola bilər. 

Ona görə də ən yaxşısı bu bitkinin mövsümündə yetişməyini gözləməkdir. Mövsümündə yetişən çiyələkləri isə alarkən onların çox da böyük olmamalarına, sağlam, yarpaqlarının yaşıl və təzə olmağına diqqət etmək lazımdır. 

© Valyuta.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun