Xəbərlər
Moskvada 17 yaşlı ana bir yaşlı övladının cəsədini eyvanda
Xəbərlər

Moskvada 17 yaşlı ana bir yaşlı övladının cəsədini eyvanda saxlayıb

Moskvada 17 yaşlı ana bir yaşlı övladının cəsədini eyvanda saxlayıb.

Moskvada yaşayış binasının mənzillərindən birinin eyvanında bir yaşlı qızın meyiti tapılıb. İlkin versiyaya görə, o, çimərkən boğulub.

Məlumata görə, ölən uşaq 2022-ci il təvəllüdlü qız olub. Ölümün dəqiq səbəbi və vaxtı məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən olunacaq.

Mərhum qızın nənəsi bildirib ki, uşaq çimərkən boğulub. Daha sonra nənə və ana cəsədi eyvana çıxarıblar. Hadisədən xəbər tutan qohumlardan biri hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, bir yaşlı qızın anasının 17 yaşı var və onun daha bir azyaşlı uşağı var.

Mənbə: life.ru

Tərcümə: Oxu.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun