Mixək çeynəməyin faydalarını bilsəniz, heç vaxt əl çəkməyəcəksiniz
Mixək çeynəməyin faydalarını bilsəniz, heç vaxt əl çəkməyəcəksiniz

Ağız və diş sağlamlığına faydaları ilə tanınan mixəyin insan sağlamlığı üçün müxtəlif faydaları var. Antioksidant, antifungal və antibakterial xüsusiyyətlərə malik mixək əsrlər boyu bir çox fərqli şəkildə istifadə edilən təbii sərvətlərdən biridir. C vitamini, E vitamini, kalsium, dəmir və maqnezium kimi əhəmiyyətli qida dəyərlərini ehtiva edən mixək müxtəlif faydalara malikdir.

E-saglam.az xəbər verir ki, mixəyin kiçik olmasına baxmayaraq, faydaları kifayət qədər böyükdür.

Mixək çeynəməyin faydaları nələrdir?

Mixək antiseptik və antibakterial xüsusiyyətləri ilə ağız sağlamlığını dəstəkləyir. Mixəyi çeynədikdə ağızdakı bakteriyaları məhv edir, ağız qoxusunun qarşısını alır və diş əti xəstəlikləri ilə mübarizə aparır.

Diş ağrılarına qarşı da təsirli olan mixək, tərkibindəki eugenol maddəsi sayəsində ağrıları kəsir və iltihabı azaldır. 

Həzm sisteminə də müsbət təsir göstərən mixək çeynədikdə həzm fermentlərinin ifrazını təşviq edir. Bu, həzmi asanlaşdırır və qaz və şişkinlik kimi mədə narahatlığını aradan qaldırır.

Mədə xorasına qarşı qoruyucu təsir göstərir. Bundan əlavə, mixək çeynədikdə boğazı yumşaldır və bəlğəmgətirici təsiri ilə tənəffüs yollarını təmizləyir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az