Yandex watch
Mışıl-mışıl yatmağa kömək edən qədim ənənə! -

Yuxu həm fiziki, həm də zehni sağlamlıq üçün vacibdir. Müasir həyat tərzi, artan stres və müxtəlif amillər səbəbindən bir çox insan yuxuya getməkdə çətinlik çəkir. Bunun nəticəsində insanlar alternativ üsullara, o cümlədən, bitki mənşəli vasitələrə və ənənəvi inanclara üz tuturlar.

Emlakbazari.az

Belə üsullardan biri də yastığın altına çörək otu qoymaqdır.

Bəs görəsən, bu metodun yuxuya təsiri varmı?

E-saglam.az xəbər verir ki, yenisabah.az sözügedən mövzunu araşdırıb:

Çörək otunun tarixi və faydaları

Çörək otu (Nigella sativa) əsrlərdir tibbi və qida məqsədləri ilə istifadə olunan bir bitkidir. Tarixdə onun bir çox xəstəliklərə qarşı faydalı olduğu vurğulanmışdır. Məsələn, qədim Misirdə sağlamlıq mənbəyi hesab olunan çörək otu İslam dünyasında “ölümdən başqa hər dərdə çarə” kimi tanınırdı. Müasir elm isə çörək otunun antioksidant, iltihabəleyhinə və sakitləşdirici xüsusiyyətlərə malik olduğunu sübut etmişdir. Lakin bu təsirlər adətən çörək otunun daxilə qəbulu və ya yağ kimi istifadəsi ilə bağlıdır.

Yastığın altına çörək otu qoymaq elmi cəhətdən nə dərəcədə doğrudur?

Hazırda yastığın altına çörək otu qoymağın yuxuya təsir etdiyini dəstəkləyən ciddi elmi araşdırma yoxdur. Lakin bəzi inanclara görə, çörək otunun yüngül, təbii ətri sakitləşdirici təsir göstərə bilər. Bitkilərin aromaterapiyada istifadəsi ilə bağlı edilən tədqiqatlar göstərir ki, bəzi ətirlər yuxuya getməyə müsbət təsir edə bilir. Bu baxımdan çörək otunun təsirinin fərdi təcrübədən asılı olduğu düşünülür.

Psixoloji effekt və “Plasebo” təsiri

Bu kimi üsulların bəzən psixoloji təsiri daha güclü olur. İnsanlar bir vasitənin onlara kömək edəcəyinə inananda, plasebo effekti nəticəsində həqiqətən də yaxşılaşma hiss edə bilirlər. Yastığın altına çörək otu qoymaq da bənzər bir təsir göstərə bilər.

Yuxu üçün alternativ təkliflər

Əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, aşağıdakı üsulları da sınaya bilərsiniz:

Yuxu rejiminə riayət etmək: Hər gün eyni saatda yatmaq və oyanmaq;

Texnologiyadan uzaqlaşmaq: Yatmazdan əvvəl telefon və digər cihazlardan uzaq olmaq;

Rahatlaşdırıcı bitkilər: Lavanda, melissa və çobanyastığı kimi bitki çayları içmək;

Aromaterapiya: Lavanda və ya darçın kimi sakitləşdirici qoxuların istifadəsi.

E-saglam.az