Xəbərlər
Mingəçevirdə güclü külək nəticəsində ölən və xəsarət alanlar olub
Xəbərlər
334

Mingəçevirdə güclü külək nəticəsində ölən və xəsarət alanlar olub

Mingəçevir şəhərində güclü külək nəticəsində ölən və xəsarət alanlar olub.

"Report"un Qərb bürosunun məlumatına görə, dünən saat 19:40-da Mingəçevir şəhərində başlayan Şimal - Qərb küləyinin orta sürəti 14 m/s, daha sonra 26 m/s, 21:00-da maksimal sürəti 28 m/s olub. Güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən qırılıb, 27 ağacın iri budaqları qırılaraq yerə düşüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb, 400 abonentin qaz xəttinin verilişində fasilə olub, bir fərdi evin dam örtüyünə ziyan dəyib. Qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşüb, sürücü xəsarət alıb. Şəhərin Z.Həsənova küçəsi 2 ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünü dağılıb, beş sakin ağac aşması nəticəsində xəsarət alıb, Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Qasımzadə Rəvan İsmixan oğlu isə aldığı xəsarətlərdən ölüb. Külək səbəbindən 17 000 abonentin (ümumi nisbətin 48%-i) elektrik enerjisinin təchizatında 10 saat davam edən fasilə yaranıb. Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, nəqliyyatın və piyadaların hərəkətinə mane olan ağaclar hərəkət zolağından götürülüb, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanılıb.

Hazırda bərpa işləri davam etdirilir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun