
Diyetoloq Laura Tajan deyir ki, insanların meyvə yeyərkən ümumi bir səhvi var.

E-saglam.az xəbər verir ki, o, bunu “Infobae” nəşri ilə söhbəti zamanı deyib.
Tajanın qeyd etdiyi kimi, insanların çoxu yeməkdən sonra meyvələri desert kimi yeyirlər, lakin o, bunu yeməkdən əvvəl etməyə çağırıb. Bu cədvəl onların tərkibindəki qida maddələrindən maksimum fayda əldə etməyə imkan verir. Bundan əlavə, meyvələr toxluq hissi yaradır ki, bu da arıqlamaq istəyənlər üçün faydalıdır, deyə mütəxəssis bildirib.
Mütəxəssisin sözlərinə görə, meyvələr digər qidalarla qarışdırıldıqda orqanizmə lifin qəbulu da artır və bu da şəkərin sorulmasını ləngidir.
Eyni zamanda Tacan qeyd edib ki, yeməkdən sonra meyvə yeməyin lehinə olan arqumentlərdən biri də diş fırçalamanın təsiridir. Bununla belə, diyetoloqun izah etdiyi kimi, ağızdakı turşuluğu neytrallaşdırmaq üçün yalnız tüpürcək istehsalını artıra bilərlər ki, bu da tam ağız gigiyenası sayıla bilməz.
Tərcümə: Könül Oruc