Xəbərlər
Metroda əl yüklərinə görə əlavə ödəniş
Xəbərlər
118

Metroda əl yüklərinə görə əlavə ödəniş tələb olunur?

Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur.

E-saglam.az Metbuat.az-a istinadən məlumatına görə, bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır.

Qaydalara görə, ölçülərinin cəmi 121 santimetrdən 200 santimetrə qədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 santimetrdən 220 santimetrədək olan uzun əşyalar metroda daşına bilər, lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. Göstərilən hədlərdən artıq ölçüyə malik əşyaların isə metroya gətirilməsinə icazə verilmir.

Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun