Qidalanma
Metabolizmanı sürətləndirir, immuniteti gücləndirir, bədəndəki yağları yandırır -
Qidalanma

Metabolizmanı sürətləndirir, immuniteti gücləndirir, bədəndəki yağları yandırır - Xüsusi şorba

Yeni il, sağlam həyat tərzini mənimsəmək üçün yeni qərarlarla başlayır. Kiçik, lakin təsirli addımlar ataraq həyat keyfiyyətini artırmaq mümkündür. Mütəxəssis dietoloq Elif Melek Avcı Dursun tərəfindən təqdim edilən xüsusi pəhriz şorbası, həm dadlı, həm də sağlam bir seçim olaraq diqqət çəkir.

E-saglam.az xəbər verir ki, bu şorba maddələr mübadiləsini sürətləndirməklə yanaşı, immunitet sistemini də dəstəkləyir. Aşağı kalorili və toksinləri bədəndən çıxarmağa kömək edən məzmunu ilə sağlam bir başlanğıc təmin edir. Həm də yeni ildə arıqlamaq məqsədlərinizi həyata keçirməkdə sizə dəstək ola bilər.

Yağ yandıran balqabaq şorbası üçün tərkibi:

  • 2 orta ölçülü balqabaq

  • 1 orta boy soğan

  • 1 baş bibər

  • 1 dəstə şüyüd

  • 1 ovuc təzə nanə

  • 1 orta şirin kartof

  • 1 çay qaşığı zeytun yağı

  • 6 stəkan su

  • Çili bibəri

  • Zərdəçal (sarıkök)

  • Qara bibər

  • Duz

Hazırlanması:

-Balqabaq, soğan, bibər və şirin kartofu kiçik kublar şəklində doğrayın.

Qazana zeytun yağı əlavə edib, doğranmış soğanı yüngülcə qovurun. Daha sonra digər tərəvəzləri və suyu əlavə edərək qaynamağa buraxın.

Tərəvəzlər yumşaldıqdan sonra çili bibəri, zərdəçal, qara bibər və duz əlavə edin. Xırda doğranmış şüyüd və təzə nanəni də qarışdırın.

Qarışığı blenderdən keçirin və hamar bir tutarlılığa gətirin.

Şorbanı isti şəkildə servis edin, üzərini şüyüdlə bəzəyin.

Diyetoloq Elif Melek Avcı Dursun bu şorbanın gün ərzində motivasiya və enerji qaynağı ola biləcəyini vurğulayır. “Sadə və davamlı addımlarla sağlam həyat tərzi yarada bilərsiniz” deyən mütəxəssis, bu reseptin sağlam və balanslı qidalanma üçün əla bir seçim olduğunu bildirir.

Yeni ildə özünüzə sağlam hədiyyə vermək istəyirsinizsə, bu şorbanı sınayın!

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun