Yandex watch
Məşhurların istifadə etdiyi arıqlama iynələrinin əks təsiri üzə çıxdı:

Hollivud ulduzlarının arıqlamaq üçün tez-tez istifadə etdiyi inyeksiyaların ciddi yan təsirləri ortaya çıxıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ABŞ-dəki bir çox məşhurun 2-ci tip diabetin müalicəsi üçün nəzərdə tutulmuş, lakin arıqlamaq məqsədilə reseptsiz istifadə etdiyi bu iynələr ayaq dərisinin tez qocalmasına və sallanmasına səbəb olur.

Los-Ancelesdəki Kaliforniya Universitetindən plastik cərrah Dr. Barry Weintraub izah edir ki, bu inyeksiyalar bədəndəki yağın sürətli şəkildə itirilməsinə gətirib çıxarır. Bu isə xüsusilə dərialtı piy qatının nazik olduğu ayaq üstü bölgələrdə sallanma və dərinin elastikliyini itirməsi ilə nəticələnir. Belə hallarda bədən daha gənc görünsə də, ayaqlar yaşlanmış təsiri bağışlayır.

Məşhur aparıcılar Sharon Osbourne və Oprah Winfrey, eləcə də aktrisa Bruk Şilds və Kelli Ripa kimi tanınmış simalar bu təsirlərlə qarşılaşdıqlarını dolayısıyla paylaşdıqları fotolar və ictimai çıxışlarında təsdiqləyiblər. Modelyer Donatella Versaçenin üzündə estetik müdaxilələrə baxmayaraq ayaqlarında müşahidə olunan qocalma da bu inyeksiyalarla əlaqələndirilir.

Bu dərmanların geniş istifadəsi və təqdim etdiyi sürətli nəticələr cazibədar görünsə də, mütəxəssislər xəbərdarlıq edirlər: sürətli arıqlama dəridə ciddi dəyişikliklərə və erkən yaşlanmaya səbəb ola bilər. İstifadəçilərə uzunmüddətli təsirləri nəzərə alaraq bu cür müdaxilələrə diqqətlə yanaşmaları tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az