Sağlamlıq
Məşhur həkim: Yeməyi masada deyil, yerdə yeyin! -
Sağlamlıq

Məşhur həkim: Yeməyi masada deyil, yerdə yeyin! - Faydaları sonsuzdur

Uzun müddətdir müzakirə mövzusu olan “Süfrədə yemək daha faydalıdır, yoxsa yerdə?” sualını ekspert cavablandırıb.

E-saglam.az xəbər verir ki, Dr. Səməd Altunbaş yemək vərdişlərimizin həzm sistemimizə təsirini vurğulayaraq, süfrə arxasında yeməyin faydalarını açıqlayıb. Ayaqları çarpazlaşdırıb oturaraq yediyimiz zaman bədənimizin duyğu orqanları ilə qidaya fokuslana biləcəyini ifadə edən Dr. Altunbaş, bu vəziyyətin həzmi asanlaşdırdığını və daha tez tox hiss etdiyimizi bildirib.

Süfrə başında yeməyin həzm sistemimizə müsbət təsirlərini izah edən Dr. Altunbaş aşağıdakı məqamlara diqqət çəkib:

Həzmi asanlaşdırır: Ayaqları bağlayıb oturmaq mədə və bağırsaqlardan ifraz olunan mayenin miqdarını artıraraq həzmi asanlaşdırır.

Daha tez tox hiss edirsiniz: Masa arxasında oturmaq mədəyə təzyiq edir, daha tez toxluq hiss etməyimizə və masadan daha tez qalxmağımıza kömək edir.

Qan dövranını tənzimləyir: Bu oturma mövqeyi ürəkdən vurulan qanın ayaqlarda yığılmasının qarşısını alır və onun həzm sisteminə axmasına şərait yaradır, beləliklə həzm prosesini daha səmərəli edir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun