Psixologiya
Meşədə ayı ilə qarşılaşsanız,
Psixologiya
14

Meşədə ayı ilə qarşılaşsanız, nə etməlisiniz?

Baytar həkim İqor Qlamazdin ayı ilə qarşılaşma zamanı əsas qaydaları açıqlayıb.

Əgər ayı sizi görüb, amma sizə doğru gəlmirsə, ən vacib qayda qaçmamaqdır. Ayılar insandan daha sürətli qaça bilir və qaçmağınız heyvanın sizi təqib etməsinə səbəb ola bilər.

Bu vəziyyətdə sakit qalın və normal səslə danışın. Beləliklə, ayının qarşındakı şəxsin insan olduğunu anlamasına imkan verə bilərsiniz.

Daha sonra yavaş-yavaş geri çəkilin. Ayıya yaxınlaşaraq şəkil çəkməyə çalışmayın və onun qaçış yolunu bağlamayın. Arxanızı heyvana çevirmədən məsafəni tədricən artırın.

Mütəxəssis qeyd edir ki, ayının arxa ayaqları üzərində qalxması mütləq hücuma hazırlaşdığı anlamına gəlmir. Heyvan sadəcə ətrafı daha yaxşı görməyə və ya qarşısındakı insanın qoxusunu almağa çalışa bilər.

Ən əsası isə panikaya düşməmək, ayıya yaxınlaşmamaq və qaçmamaqdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun