Psixologiya
Məqsədlərinizə çatmağın
Psixologiya
138

Məqsədlərinizə çatmağın sirri açıldı

Psixoloq Daria Yakuba bildirib ki, insanın hədəflərinə çatması üçün motivasiya əsas amildir.

E-saglam.az xəbər verir ki, o, Lenta.ru-ya verdiyi müsahibədə motivasiyanın necə əldə ediləcəyi və uzun müddət necə qorunacağı barədə tövsiyələrini bölüşüb.

Yakuba qeyd edib ki, güclü və davamlı motivasiyaya nail olmaq kompleks yanaşma tələb edir. İlk addım olaraq, məqsədin dəqiq müəyyənləşdirilməsi vacibdir. Onun fikrincə, məqsəd konkret, ölçülə bilən, zamanla məhdudlaşdırılmış və şəxsi dəyərlərlə uyğun olmalıdır. Genişmiqyaslı məqsədlərə çatmaq üçün isə onları kiçik və yerinə yetirilə bilən alt tapşırıqlara bölmək tövsiyə olunur.

Psixoloq əlavə edib ki, insan nə üçün çalışdığını və nəyi hədəflədiyini başa düşdükdə motivasiya davamlı olur. Bu mərhələdə həmfikirlərin və yaxın çevrənin dəstəyi də mühüm rol oynayır. Ətrafdakılar maraq və diqqət göstərdikcə motivasiya daha da möhkəmlənir.

O, həmçinin aralıq nəticələrin izlənilməsinin vacibliyini vurğulayıb. Bu, irəliləyişin görünməsi və keçilən yolun dəyərləndirilməsi baxımından faydalıdır.

Sonda Yakuba qeyd edib ki, məqsədlərə gedən yolda uğursuzluqlara qarşı hazırlıqlı olmaq və onlardan nəticə çıxarmaq vacibdir. “Uğursuzluq baş verdikdə ən yaxşı addım – səhvləri təhlil etmək və onlardan öyrənərək növbəti qərarları daha düzgün verməkdir”, – deyə o bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun