Məktəbli qız həmcinsi tərəfindən bulinqə məruz qalıb -
Məktəbli qız həmcinsi tərəfindən bulinqə məruz qalıb -

Bakının 156 saylı məktəbinin yaxınlığında şagirdlərdən biri həmcinsi tərəfindən bulinqə məruz qalıb. Bu barədə görüntüləri bloger Saleh Nəsirov sosial hesabında paylaşıb.

(yazıya qara hərflərlə məktəbin və Bakı Şəhər Təhsil İdarəsinin mövqeyi əlavə olunub)

"Bu hadisə Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdləri tərəfindən edilib. Zorakılığı törədən qızın adı Əliyeva Günel(ad şərti yazılıb) Bu şəxs öz sosial şəbəkəsində etdiyi zorakılığı dünən paylaşıb və fəxr edir", - məlumatda qeyd olunub.

Videoda qeyri-etik davranışlar olduğu üçün yayımlamırıq.  

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anews.az-a bildirilib ki, hadisə 156 saylı məktəbin yaxınlığında baş verib və həmin məktəbin şagirdlərinin olması hələlik məlum deyil.

"Videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır",- DİN-in açıqlamasında qeyd olunub.

156 nömrəli tam orta məktəbi baş verən hadisəni təsdiq edib.

"Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub,  aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir",- məktəbin açıqlamasında deyilir.

 ***

Bakı Şəhər Təhsil İdarəsi 156 saylı məktəbdə baş verən hadisəni nəzarətə götürüb.

"Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək",- açıqlama qeyd olunub.