Xəbərlər
Məhərrəm ayı ilə bağlı restoran sahiblərinə
Xəbərlər
745

Məhərrəm ayı ilə bağlı restoran sahiblərinə çağırış

“Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.

E-saglam.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, bir sıra restoran və ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, təəssüf ki, onlara vaxtaşırı xidmət göstərilmir, filtrləri vaxtında dəyişdirilmir və nəticədə  havaya normadan artıq tullantı atılır: “Bir daha iaşə obyektlərinin sahiblərindən tələbimiz odur ki, təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu yoxlasınlar”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun