Xəbərlər
“Medicare hospitalın”ın həkimi səhv resept yazdı,
Xəbərlər
85

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı, qadın şoka düşərək öldü - VİDEO

Bakıda qadının iynədən şoka düşərək ölməsinin təfərrüatı məlum olub.

E-saglam.az xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yeni yaşayış massivində baş verib.

Mərhumun qardaşı Kazım Əzizin bildirib ki, bacısı ayaqda aşağı ətrafların trombozu xəstəliyindən əziyyət çəkirmiş.

Bir müddət öncə Zülfiyyə Nəcəfova Sabunuçudakı “Medicare Hospital”a müraciət edib.

Ailəsinin iddiasına görə, qadın adıçəkilən hospitalda çalışan mütəxəssislərin yanlış müalicəsi nəticəsində dünyasını dəyişib.

Kazım Əziz vurğulayıb ki, onlar saatlarla Təcili Tibbi Yardımın yolunu gözləyiblər.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin vaxt ərazidə azad briqada olmadığı üçün Binəqədi ərazisindən yükləmə olaraq çağırış ünvanına saat 19:23-də əlavə briqada göndərilib.

“Medicare Hospital”ın hüquqşünası Azər Məhərrəmovun sözlərinə görə, mərhum Zülfiyyə Nəcəfova oktyabrın 11- onlara müraciət edib. Həkim Şərqiyyə İbrahimovanın qəbulunda olub, ultrasəs müayinəsindən keçib, ona müalicə üçün resept təyin olunub və evinə yollanıb.

Fakt Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Ətraflı “Xezerxeber”in süjetində:

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun