Mədə yanması zamanı nə kömək edir?
Mədə yanması zamanı nə kömək edir?

Saqqız çeynəmək və sadə nəfəs məşqləri mədə yanmasından tez bir zamanda qurtulmağa kömək edəcək.

E-saglam.az xəbər verir ki, bu barədə diyetoloq Tom Metyu və fizioterapevt Nell Mid “The Sun”a danışıblar.

Metyu izah edib ki, mədə turşusu yemək borusuna daxil olduqda və qıcıqlanmaya səbəb olduqda mədə yanması baş verir:
“Bu, qida borusu ilə mədə arasında yerləşən əzələnin düzgün işləmədiyi və qidanı tutmadığı zaman baş verir. İkinci mümkün səbəb həddindən artıq yeməkdir”.

Diyetoloq sinədəki xoşagəlməz yanma hissini aradan qaldırmaq üçün saqqız çeynəməyi məsləhət gördü:

“Həmçinin banan və ya bir qaşıq soda əlavə edilmiş bir stəkan su vəziyyəti dərhal aradan qaldırmağa kömək edəcək”.

Fizioterapevt Nell Mid mədə yanmasını aradan qaldırmağın başqa təsirli yolunun nəfəs məşqləri olduğunu bildirib:

“Əvvəlcə kiçik bir nəfəs alın. Burundan qarın hərəkəti nəzərə çarpacaq şəkildə nəfəs almalısınız. Sonra mümkün qədər çox hava çıxarın və nəfəsinizi tutun. Lazım gələrsə, burnunuzu və ağzınızı əlinizlə bağlayın. Bacardığınız qədər nəfəs almamağa çalışın”.

Həkim izah etdi ki, bu məşq diafraqmanı uzadır, yemək borusuna təzyiqi azaldır və qidanın mədəyə geri itməsinə kömək edir.(Yeniavaz.com)

E-saglam.az