Mədə yanması, turşu reflüsü səbəbindən sinə nahiyəsində ağrı, yanma və turşuluqla müşayiət olunan bir sağlamlıq problemidir.
E-saglam.az xəbər verir ki, çox yemək, yağlı qidalar və bəzi içkilər mədə yanmasını artırır. Problemin qarşısını almaq və ani rahatlama üçün bəzi təkliflər:
Yüksək yağlı qidalardan çəkinin
Yağlı qidalar (qızardılmış yeməklər, pendir, qoz-fındıq) mədədə turşunun geri qaçmasına səbəb ola bilər.
Nanədən ehtiyatlı olun
Nanə və nanə çayı həzmə kömək etsə də, bəzi insanlarda mədə yanmasını artırır.
Sitrus meyvələri və şirələr
Portağal, limon kimi turşulu meyvələr mədə turşusunu artıraraq yanmaya səbəb ola bilər.
Az və tez-tez qidalanın
Böyük porsiyalar mədəni yükləyərək turşu reflüsünü artırır.
Ani rahatlama üçün:
Su içmək mədə turşusunu neytrallaşdırmağa kömək edə bilər.
Zəncəfil çayı və banan kimi qidalar mədə üçün rahatlaşdırıcı təsir göstərir.
Mədə yanması davamlıdırsa, həkimə müraciət etmək vacibdir.
Könül Oruc