Xəbərlər
Marsda insanların yaşaması üçün
Xəbərlər
170

Marsda insanların yaşaması üçün ən ideal yer tapıldı

İlk astronavtlar Marsa çatdıqda içmək, bitki yetişdirmək, nəfəs almaq üçün oksigen və raket yanacağı yaratmaq məqsədilə çoxlu miqdarda suya ehtiyac duyacaqlar. Alimlər hesab edirlər ki, onlar Marsda bol su ehtiyatı olan bir ərazi tapıblar.

E-saglam.az xəbər verir ki, bu barədə "Journal of Geophysical Research Planets" jurnalında məqalə dərc olunub.

Məlumata görə, alimlər "Mars Reconnaissance Orbiter" tərəfindən Marsın səthində çəkilmiş şəkilləri təhlil ediblər. Onları ən çox ekvatorla planetin qütbləri arasında yerləşən və Amazon düzənliyi adlanan geniş vulkanik ərazi cəlb edib. Alimlər belə qənaətə gəliblər ki, məhz bu ərazidə buz təbəqəsi səthə ən yaxın nöqtədə yerləşir və Marsda ilk məskunlaşanlar məhz oradan su çıxara biləcəklər.

İlk astronavtların Marsa nə vaxt çatacağı isə hələlik məlum deyil. Bu hadisənin yaxın onilliklərdə baş verəcəyi ehtimal olunur.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun