E-saglam.az xəbər verir ki, istər böyük, istərsə də kiçik marketlərin demək olar ki, hamısında tərkibində palma yağı olan uşaq məhsulları satılır.
Tərkibində palma yağı olan uşaq məshullarının siyahısını təqdim edirik:
- Cici bebe
- Ülker bebe,
- Hero baby,
- İki bebe.
Siyahı uzundur, növbə ilə saytda sağlamlığımız üçün zərərli olan qidaların siyahılarını paylaşacağıq.
Bəzi valideynlər qiymətinin ucuz olması səbəbindən bu məhsulları övladlarına alırlar. Amma bilmək lazımdır ki, bu məhsulların tərkibində palma yağı ilə yanaşı, övladlarımızın sağlamlığı üçün risk yaradan əlavə zərərli maddələr də mövcuddur.
Palma yağının zərərləri nələrdir?
Palma yağı tərkibində xərçəng yaradan maddələr çox olduğuna görə riski yüksəkdir.
Həmçinin, ürək-damar sisteminin pozulmasına, damar tıxanıqlığına, ürəyin işemik xəstəliyinə səbəb olur. Aparılan təcrübə zamanı müəyyən edilib ki, palma yağı ilə qızdırılmış qida ilə yemlənən siçanlarda altı ay ərzində ürək xəstəlikləri əlamətləri müşahidə olunur.
Palma yağından istifadə piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olur. Ekspertlərin apardığı təhlillər zamanı məlum olub ki, dünyanın 23 ölkəsində palma yağının istehlakı ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqə var.
20 yaşına qədər olan şəxslər inkişaf mərhələsində olduqları üçün daha çox ehtiyatlı olmalıdırlar, xüsusilə də uşaqlar.
Palma yağı orqanizmdə tam sorulmur, toxumalarda toplanır və bu da metabolik pozğunluq yaradır.
Qeyd edək ki, dünyada il ərzində 50 milyon ton civarında palma yağı istehsal edilir. Yağ meyvənin həm tumundan, həm də gövdəsindən hazırlanır. Daha təhlükəli hesab olunan isə meyvənin gövdəsindən hazırlanan yağdır.
Könül Oruc