Xəbərlər
Marketdən alınan çörək alıcını şoka saldı:
Xəbərlər
347

Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi

Marketdən alınan çörəyin içindən həşərat çıxıb.

E-saglam.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.

Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb. "Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi",- deyə qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt araşdırılacaq.

"Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüləcək və qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər"- deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyi məsələləri həmişə yüksək prioritet daşıyıb. Dövlət qurumları tərəfindən mütəmadi olaraq qida istehsalı və satışı müəssisələrində monitorinqlər aparılır, aşkarlanan qanun pozuntuları və çatışmazlıqlarla bağlı ciddi tədbirlər görülür. Buna baxmayaraq, bəzən bu cür xoşagəlməz hallarla da üzləşmək mümkündür.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun