Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqnit aktivliyi gözlənilir. Ən böyük yük iyulun 7-də gözlənilir.
E-saglam.az bildirir ki, kosmik rəsədxanaların məlumatına görə, iyulun 5-dən 7-dək Yer kürəsi G1 səviyyəli maqnit qasırğasının təsirinə məruz qalacaq, iyulun 7-də isə G2 səviyyəsinə qısamüddətli yüksəliş mümkündür. Bu, Günəşdə aktivliyin, xüsusən də bu dövrdə Yerin maqnitosferinə çatacaq tac kütlələrinin atılması ilə bağlıdır.
5-6 iyul - G1 səviyyəsinə yüksələn mülayim maqnit qasırğası
7 iyul - geomaqnit aktivliyinin artması, G2 səviyyəsi.
Lent.az