
Diyetoloqların fikrincə, makaronun bişirilmə üsulu onun orqanizmə təsirini dəyişə bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq Julia Farre-nin sözlərinə görə, makaronu “al dente” – yəni nə çox yumşaq, nə də sərt şəkildə bişirmək karbohidratların daha yavaş sorulmasına və toxluq hissinin daha uzun davam etməsinə səbəb olur. Bu, həm də qan şəkərinin daha sabit qalmasına kömək edir.
Makaronun həddən artıq bişirilməsi isə nişastanın ayrılmasını artıraraq glisemik yükü yüksəldir. Farre tövsiyə edir ki, makaron bol duzlu suda və paketdə göstərilən vaxtdan 1-2 dəqiqə az bişirilsin, süzüldükdən sonra soyuq su ilə yuyulmasın və birbaşa sousla qarışdırılsın.
Sağlam makaron qəbulu üçün yalnız bişirmə üsulu deyil, sous seçimi və porsiya da vacibdir. Tərəvəzlərlə zəngin, az yağlı proteinlərlə müşayiət olunan makaron və çörəklə birlikdə yeyilməməsi qidalanmada balans yaradır.
Tərcümə: Könül Oruc