Qidalanma
Makaron kökəltmir, əksinə arıqladır!
Qidalanma

Makaron kökəltmir, əksinə arıqladır! Yeni araşdırma

Arıqlamağa başlayan insanlar adətən makarondan imtina edirlər. Uzun illər ərzində belə hesab olunurdu ki, makaron yeyən insanlar kökəlir.

E-saglam.az Tech Times-ə istinadla xəbər verir ki, İtaliya alimlərinin son araşdırmaları göstərib ki, makaron kökəlməyə səbəb olmur. Lakin makaronlara əlavə olunan yağlı souslar həqiqədən artıq çəkiyə səbəb ola bilər.

Alimlər 23 min insanın qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, bərk buğda növlərindən hazırlanan makaronları nəinki kökəlməyə səbəb olmur, əksinə belə makaronları tez-tez yeyən insanların bədən kütləsi indeksi daha aşağı olub.

Alimlərin fikirinə görə, bərk buğda növlərindən hazırlanmış makaronlar insanda tez toxluq hissi yaradır və onları yeyən insan daha gec acır ki, bu da normal çəkinin saxlanılmasına kömək edir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun