Biotexnoloq Mariya Zolotareva bildirib ki, yol kənarında satılan təzə meyvə və giləmeyvələrdə sağlamlıq üçün təhlükəli maddələr ola bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, belə meyvələr işlənmiş qazlardan və yol tozlarından toksinləri udur və müntəzəm yuyulma heç də həmişə onlardan qurtulmağa kömək etmir.
Mütəxəssis qeyd edib ki, ən böyük zərər pulpaya (meyvənin içinə) nüfuz edən ağır metallar və polisiklik aromatik karbohidrogenlərdir. Giləmeyvə sevənlər xüsusilə risk altındadırlar - yaxşı yuyulmaq çətindir və yumşaq səth kirləri aktiv şəkildə yığır.
Zolotareva yol kənarında giləmeyvə almamağı, yalnız sıx meyvələri (alma, armud, gavalı) seçməyi məsləhət görür. Yeməkdən əvvəl onlar xüsusi məhsullarla yaxşıca yuyulmalı və ya soyulmalıdır.
Tərcümə: Könül Oruc