Xüsusilə salatların vazkeçilməzi olan limon tam bir şəfa mənbəyidir. Arıqlamağa kömək etdiyi üçün çox üstünlük verilən limon qabıqlarından geniş istifadə olunur.
E-saglam.az xəbər verir ki, limon və portağalın qabığı da özü qədər faydalıdır.
Limon və portağal qabığından faydalanmağın yolları bunlardır:
Limonlu əl kremi hazırlayın
Limon qabığını kiçik parçalara ayırın və bir az zeytun yağı əlavə edin. Bu qarışığı bir qarışdırıcıda (blender) qarışdırın, şüşə qaba qoyun və dondurun. Quru və çatlamış əlləriniz üçün gözəl krem olacaq.
Peçenye və tortlarda istifadə edin
Portağal və limon qabığının özünəməxsus xoş ətri var. Bu ətir tortlarda və peçenyelərdə ləzzətli dad yaradır. Onların qabıqlarını rəndələyib şirniyyat hazırlayarkən istifadə edə bilərsiniz.
Güclü saçlar üçün istifadə edin
Limon və portağal qabıqlarını saç köklərinə asanlıqla çəkə bilərsiniz. Xüsusilə quru saçlar üçün bu pilinqlər təbii nəmləndirici olacaq.
Tərcümə: Könül Oruc