Tədbirlər
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan
Tədbirlər

Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan “Kaşalata” kafeni ziyarət edib

E-saglam.az xəbər verir ki, Leyla Əliyevanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kafenin həmtəsisçiləri Natavan Məmmədova və Aytən Eynalova qarşılayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidentinə əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək məqsədilə yaradılan bu inklüziv kafenin fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Bakının Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən “Kaşalata” kafe “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilib.

Leyla Əliyeva kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan gənclərlə görüşərək onlarla söhbət edib.

Autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupu tərəfindən “Sən Ey Uşaqlıq” mahnısı ifa olunub. Autizmli şəxslər Leyla Əliyevaya hazırladıqları əl işlərini hədiyyə ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti “Kashalata” inklüziv kafesinin əməkdaşları ilə xatirə fotoları çəkdirib.

Qeyd edək ki, kafedə məşğulluğu təmin edilən 20 nəfər gəncdən 10 nəfəri əlilliyi olan şəxslərdir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun