Xəbərlər
Lənkəranda azyaşlıya zorakılıq edən
Xəbərlər
181

Lənkəranda azyaşlıya zorakılıq edən tərbiyəçi işdən çıxarılıb - YENİLƏNİB

Lənkəranda “Kaspi Kids” uşaq bağçasında azyaşlıya zorakılıq edən tərbiyəçi işdən çıxarılıb.

E-saglam.az xəbər verir ki, bu barədə APA-ya bağçanın təsisçisi Murad İbrahimov məlumat verib.

O bildirib ki, yayılan görüntülərdən dərhal sonra lazımi tədbirlər görülüb, həmin tərbiyəçi-müəllimin əmək müqaviləsinə xitam verilib.

***

11:32

Lənkəranda “Kaspi Kids” uşaq bağçasında tərbiyəçinin uşağa şiddət göstərməsi barədə görüntülər araşdırılır.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib.

Regional qrupun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: “Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.

***

09.36

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun APA-ya verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun