E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, lazer epilyasiyası arzuolunmaz tükləri qalıcı şəkildə azaltmaq məqsədi daşıyan bir prosedurdur. Onun iş prinsipi “selektiv fototermoliz” adlı mexanizmə əsaslanır: "Qısaca lazer şüası tük follikulunda melanin adlı piqmenti seçərək onu istiliyə çevirərək tük hüceyrələrini zədələyir. Nəticədə tüklərin böyümə sürəti azalır. Lazer epilyasiya apararkən dəriyə zərər verməmək çox vacibdir. Bunun üçün dəri rənginə görə ən uyğun dalğa uzunluğu, enerji və nəbz müddəti təşkil edilməlidir.
Bu gün ən çox istifadə edilən lazer növləri arasında Aleksandrit (755 nm), Diod (808-810 nm) və Nd:YAG (1064 nm) lazerlər var. Hansı lazerin seçiləcəyi xəstənin dəri tipi və tük xüsusiyyətləri ilə müəyyən edilir. Aleksandrit (755 nm) lazer epilyasiyasında qızıl standartdır. Xüsusilə açıq dərili, tünd və qalın tüklü insanlar üçün Alexandrite lazer mütləq ilk seçim olmalıdır.
Tünd dərili, qaralmış şəxslər üçün Alexandrite lazerinin dozası müvafiq olaraq tənzimlənməlidir. Qara dərili şəxslərdə və bürünc dəriyə sahib olanlarda dəri zədələnməsinin qarşısını almaq üçün daha uzun nəbz vaxtları və qabaqcıl soyutma sistemləri istifadə olunur.
İncə saçlı insanlar üçün ən yaxşı nəticələr kombinə edilmiş müalicələrlə əldə edilir. Yəni Aleksandrit lazerlə birlikdə Q switch ND YAG lazer kimi digər lazer sistemlərindən də istifadə etmək lazımdır.
Lazer epilyasiyasının ən böyük üstünlüyü ondan ibarətdir ki, müntəzəm seanslarla tüklər incəlir və böyümə dövrü yavaşlayır. Bununla belə, xatırlamaq lazımdır ki, o, "qalıcı tük tökülməsi" deyil, "qalıcı tük azaldılması"nı təmin edir. İlk seansdan sonra yüngül qızartı, şişkinlik və ya yanma hissi normaldır. Adətən bir neçə saat və ya ən çox bir neçə gün davam edir. Bundan əlavə, prosedurun effektivliyi bölgəyə, tük sıxlığına və xəstənin dəri xüsusiyyətlərinə görə dəyişə bilər.
Yekun olaraq qeyd edək ki, lazer epilyasiyası müasir və effektiv kosmetik müalicə üsuludur. Ancaq ən yaxşı və təhlükəsiz nəticə üçün həkim nəzarəti altında tətbiq edilməli və seansdan əvvəl və sonra baxım qaydalarına riayət edilməlidir.
Unutmayın, sağlamlığınız hər şeydən önəmlidir".
Tərcümə: Könül Oruc