Xəbərlər
"Laser Beauty Estetik" klinikasının qalmaqallı filialı
Xəbərlər

"Laser Beauty Estetik" klinikasının qalmaqallı filialı fəaliyyətini davam etdirir - ÖZƏL

İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə lisenziya əlavəsi dayandırılan estetik klinika fəaliyyətini davam etdirir.

E-saglam.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hazırda "Laser Beauty Estetik" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında kosmetoloji prosedurlar üçün qəbul həyata keçirilir.

Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Lazer Beauty Klinikası"nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdi. Bundan sonra klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilmişdi.

İqtisadiyyat Nazirliyinin isə dünən verdiyi məlumata görə, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən "Laser Beauty Estetik" klinikasının fəaliyyəti dayandırılıb və filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun