Sağlamlıq
Kranın üzərində saxlanılan yaş bezlər təhlükəlidir -
Sağlamlıq
146

Kranın üzərində saxlanılan yaş bezlər təhlükəlidir - eşidən dərhal zibilə atır

Mətbəxdə diqqət yetirmədiyiniz kiçik bir vərdiş sağlamlığınız üçün ciddi təhlükə yarada bilər.

E-saglam.az-ın məlumatına görə, təmizlədikdən sonra kranın üzərində saxlanılan yaş mətbəx bezləri nəmli mühitdə bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Bu təhlükədən xəbərdar olanlar həmin parçaları dərhal zibilə atır.

Nəmli parça — bakteriyalar üçün ideal mühitdir. Mavrikiy Universitetinin apardığı araşdırmada 100 mətbəx parçasının yarısında bakteriya aşkarlanıb. Onların üçdə birində isə bağırsaq infeksiyalarına yol aça bilən E. coli bakteriyası müəyyən edilib. Bu mikroorqanizmlər kran və su vasitəsilə mətbəxin digər səthlərinə yayılaraq çirklənmə yaradır.

Mütəxəssislər xəbərdarlıq edir ki, belə bakteriyalar yemək hazırlanarkən qidaya keçərək zəhərlənmələrə və həzm sistemi infeksiyalarına səbəb ola bilər. İsti və nəm şəraitdə isə onlar qısa müddətdə milyonlarla çoxalaraq gigiyena problemini böyüdür.

Tövsiyələrə görə, mətbəx bezləri hər istifadədən sonra yuyulmalı və tam qurudulmalıdır. Uzun müddət nəm saxlayan parçalar tez-tez dəyişdirilməli, yemək hazırlığında istifadə olunan parçalar isə ayrıca saxlanmalıdır. Kran və lavabo ətrafına yaş parça qoymaq əvəzinə, onları təmiz və quru yerdə saxlamaq daha təhlükəsizdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun