
Saxta körpə qidaları körpələrdə böyümə geriliyi, allergiya və ağır metal zəhərlənməsi kimi ciddi sağlamlıq riskləri yarada bilər.

E-saglam.az xəbər verir ki, Uşaq Sağlamlığı Mütəxəssisi Dos. Dr. Yakup Çağ bildirir ki, keyfiyyətli uşaq qidaları zülal, yağ, karbohidrat və əsas minerallarla balanslaşdırılmış şəkildə hazırlanır. Saxta məhsullarda isə bu balans pozulur.
Dr. Çağ qeyd edir ki, bu cür qidalarla qidalanan körpələrdə çəki və boy artımı zəifləyir, həmçinin diqqət pozuntusu və idrak geriliyi yarana bilər. O, istehsal zamanı gigiyenaya əməl edilməməsinin infeksiya və allergik reaksiyalara səbəb ola biləcəyini də vurğulayıb.
Bəzi saxta məhsullarda qurğuşun və civə kimi ağır metallara rast gəlinməsi uzunmüddətli sağlamlıq fəsadlarına yol aça bilər. Valideynlərə məsləhət görülür ki, qidanın qoxusunda və rəngində fərq hiss edərlərsə, onu istifadə etməsinlər və körpədə narahatlıq, qusma, ishal kimi əlamətlər baş verərsə, bu barədə aidiyyəti qurumlara məlumat versinlər.
Tərcümə: Könül Oruc