Xəbərlər
Körpə Muradın atası yardım fəryadı edir:
Xəbərlər
668

Körpə Muradın atası yardım fəryadı edir: “Yaralarını bağlamağa bint tapmırıq” - FOTO

Körpə Muradın sizin dəstəyinizə ehtiyacı var.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun atası Elnur Cəbrayılov məlumat verib.

O bildirib ki, övladı yanvarın 10-da yanıq xəsarəti alıb.

“Biz İsmayıllı rayonunda yaşayırıq. Muradın bir yaşı var. Yoldaşım yemək bişirib yerə qoyub, Murad isə iməkləyərək gedib qazanı üzərinə çəkib. Onun ayaqları tamamilə yanıb. Hadisə olan gün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orda 21 gün müalicə olduq. Artıq evimizə qayıtmışıq”.

Elnur Cəbrayılov övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu bildirib.

“Mən illərdir fəhləlik edirəm. Bir neçə il əvvəl iş zamanı başıma gələn hadisə nəticəsində qolumu itirmişəm. Tək qolumla güc-bəla ilə işləyib ailəmi dolandırıram. İnanın son günlərdə yarasına çəkməyə məlhəmimiz, bağlamağa bintimiz yoxdur. Vəziyyətimiz inanın çox ağırdır. Hazırda Muradın müalicəsi üçün 800 manata ehtiyacımız var”.

Ailə ilə əlaqə: (055) 720-21-54.
Kapital Bank: 4169 7388 0714 9426.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun