Xəstəliklər
Koronavirusa qarşı ən çox antikor bu şəxslərdədir
Xəstəliklər

Koronavirusa qarşı ən çox antikor bu şəxslərdədir

Tədqiqatlar nəticəsində məlum olub ki, koronavirusa qarşı ən çox antikor COVID-19 keçirən və sonra peyvənd vurduran insanlarda meydana gəlir.

 E-saglam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kimyəvi Biologiya və Əsas Tibb İnstitutunun alimləri məlumat verib.

İnstitutun Bərpa Fermentləri Laboratoriyasının kiçik elmi işçisi AnnaTimofeyeva izah edib ki, bunun səbəbi əvvəlki xəstəlikdən sonra insan orqanizminin viral zülallarla artıq tanış olması və immunitet sisteminin daha güclü cavab verməsi ola bilər.

Tədqiqat zamanı iştirakçıların 4 qrupa bölündüyü qeyd edilib: koronavirus keçirənlər və sonra vaksin olunanlar, yalnız xəstələnənlər, yeni peyvənd olunanlar, COVID-19 keçirməyən və peyvənd olunmayanlar.

Alimlər qeyd ediblər ki, koronavirus infeksiyasının yüngül formasından sonra antikor sayının sürətlə azalması mümkündür və bu səbəbdən də peyvənd vurdurmaq mütləqdir./publika.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun