Tibbi xəbərlər
Kondisionerlər ürəyə
Tibbi xəbərlər
161

Kondisionerlər ürəyə necə təsir edir?

Yay aylarında kondisionerlərin geniş istifadəsi ürək-damar sağlamlığı üçün ciddi risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, saxili xəstəliklər üzrə mütəxəssis prof. dr. Osman Erk xəbərdarlıq edir ki, yayda infarkt təhlükəsi yalnız yüksək temperaturla deyil, qəfil temperatur dəyişiklikləri ilə də bağlıdır.

İsti mühitdən soyuq kondisionerli mühitə keçid qan damarlarını sürətlə daraldaraq ürəyə əlavə yük yaradır. Bu, xüsusilə ürək-damar xəstəliyi olan insanlarda ürək tutmalarına səbəb ola bilər. Sinə ağrısı, qan təzyiqinin qəfil dəyişməsi, nəfəs darlığı və ya huşun itməsi kimi simptomlar hiss edilərsə, dərhal tibbi yardıma müraciət etmək lazımdır.

Kondisionerdən təhlükəsiz istifadə üçün daxili və xarici mühit arasındakı temperatur fərqini 5-6°C-dən çox saxlamamaq tövsiyə olunur. Kondisioneri 24-26°C arasında qurmaq, soyuq havanın birbaşa sinəyə dəyməsinin qarşısını almaq və bütün gecə kondisioneri işlətməkdən çəkinmək vacibdir. İsti havadan gəlib dərhal kondisioneri tam gücündə işə salmaq isə infarkt riskini artırır.

Kondisionerlər yalnız ürəyə deyil, ağciyərlərə də təsir edir. Çirkli filtrlərdə toplanan bakteriyalar, göbələklər və toksinlər havanı çirkləndirir. Xüsusilə Legionella bakteriyası çirkli kondisioner filtrlərində çoxalaraq ciddi ağciyər infeksiyasına - Legionella xəstəliyinə səbəb ola bilər. Bu xəstəlik ölümcül ola biləcəyi üçün kondisioner filtrləri müntəzəm təmizlənməli və vaxtında dəyişdirilməlidir.

Yay aylarında ürək-damar sağlamlığını qorumaq üçün gün ərzində 9-10 stəkan su içmək, günəş altında uzun müddət qalmamaq və hovuzdan istifadə edərkən gigiyena qaydalarına riayət etmək də son dərəcə vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun