Yayda sərinləmək üçün kondisioner vacibdir. Ancaq bəzi hallarda kondisioner işləyərkən içəridən su damcıladığını görə bilərsiniz.
E-saglam.az xəbər verir ki, mütəxəssislər deyir ki, bu problem adətən cihazın özündən yox, quraşdırma zamanı edilən səhvdən qaynaqlanır.
Su necə yaranır?
Kondisioner soyutma rejimində işləyərkən daxili hissədə buxar suya çevrilir və bu su xüsusi bir qabda toplanaraq drenaj borusu ilə bayıra axıdılır.
Problem haradan yaranır?
Əgər drenaj borusu düzgün meyilli yerləşdirilməyibsə, yəni boru aşağıya doğru enmirsə, su xaricə axmır və cihazın içindən otağa sızmağa başlayır.
Nə etməli?
Mütəxəssislər bildirirlər ki:
Drenaj borusu davamlı aşağı enişlə yerləşdirilməlidir.
Boruda suyun axışına mane olacaq əyrilik və ya yuxarı istiqamət olmamalıdır.
Bu sadə detal quraşdırma zamanı düzgün yerinə yetirilsə, kondisioner su sızdırmaz və daha effektiv işləyər.
Tərcümə: Könül Oruc