Qidalanma
Kökəltməyən qidalar:
Qidalanma

Kökəltməyən qidalar: Kalorini yandırır

Qış aylarında çəki artımı adi haldır, lakin sağlam vərdişlərlə bunu önləmək mümkündür.

E-saglam.az xəbər verir ki, bununla bağlı qidalanma mütəxəssisi Sevihan Akbulut Azalın məsləhətlərini təqdim edir:

1. Yemək vərdişlərinizi daimi dəyişdirin.

Keçici pəhrizlər yerinə, uzun müddət tətbiq edə biləcəyiniz balanslı yemək vərdişləri qurun.

2. Çox tez arıqlamaqdan çəkinin.

Hər ay 1-3 kq itirmək daha sağlam və uzunmüddətli nəticə verir.

3. İmmuniteti qoruyacaq qidalar yeyin.

Ət, süd məhsulları, tərəvəz, paxlalılar, meyvələr və qoz-fındıq kimi qidaları balanslı şəkildə istifadə edin.

4. Sağlam karbohidrat seçin.

Tam taxıl, bulqur və meyvə kimi təbii mənbələri üstün tutun, şirniyyata nəzarətlə yanaşın.

5. Mənfi kalorili qidalar əlavə edin.

Alma, limon, ispanaq, brokoli kimi qidalar həm faydalıdır, həm də kalori yandırmağa kömək edir.

6. Kifayət qədər su için.

Gündəlik çəkinizi 30-a vuraraq lazımi su miqdarını hesablayın. Məsələn, 80 kq ağırlığında olsanız, 80x30 = 2400 ml (təxminən 2,5 litr) su istehlak etməlisiniz.

7. Bitki çayı və ədviyyatdan istifadə edin.

Darçın, zəncəfil və mixək əlavə edilmiş çaylar həm isinməyə, həm də maddələr mübadiləsinə dəstək olur.

8. Həftədə ən az üç dəfə gəzintiyə çıxın.

Aktiv olun, idmanla məşğul olmaq arıqlama prosesini sürətləndirir.

9. D vitamini əlavələri qəbul edin.

Qışda D vitamini çatışmazlığı yaygındır. Balıq, yumurta və süd məhsulları ilə yanaşı, həkim məsləhəti ilə əlavələr qəbul edin.

Bu qaydalarla qışda sağlamlığı qorumaq və çəki artımını önləmək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun