Qidalanma
Kofeinin "insanı ayıldan" miqdarı
Qidalanma
273

Kofeinin "insanı ayıldan" miqdarı açıqlandı

Kofein dünyanın ən populyar stimulyatorlarından biridir. Milyonlarla insan onu hər gün bu məqsədlə qəbul edir. Amma reaksiyanı yaxşılaşdıra biləcək kofein dozasının nə qədər olduğunu çox adam bilmir.

E-saglam.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, İspaniyanın Kastilya-La Mança Universitetinin alimləri bunu araşdırıblar. Tədqiqatın nəticələri "European Journal of Nutrition" elmi jurnalında dərc edilib.

Yeni tədqiqatda orta yaşı 22 olan 29 sağlam insan iştirak edib. İştirakçılar müxtəlif kofein dozaları - 3 mq/kq və 6 mq/kq, həmçinin kofeinsiz doza ilə kapsullar alaraq üç sınaqdan keçiblər. Dozaların ardıcıllığı (hər sınaqda hansı dozanın verilməsi) təsadüfi qaydada müəyyən edilib.

Qeyd edilir ki, kofein qana tez sorulur və qəbuldan bir neçə dəqiqə sonra orqanizmə təsir göstərir.

Nəticələr göstərib ki, 6 mq/kq kofein qəbulundan sonra reaksiya müddəti yaxşılaşıb, 3 mq/kq doza isə heç bir təsir göstərməyib. Bundan əlavə, kofeinin davamlı diqqət və yaddaş məhsuldarlığına heç bir təsiri aşkar edilməyib.

6 mq/kq doza qəbulundan sonra iştirakçılarda, həmçinin artmış nevrozluq və aktivlik müşahidə olunub (yəni onlar daha diqqətli, daha enerjili və daha aktiv olublar). (oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun