Xəbərlər
Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu -
Xəbərlər
386

Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - Yarım milyondan çox borcu var

Tibbi fəaliyyətlə məşğul olan "Planeta" İstehsal Kommersiya Şirkətinin külli miqdarda vergi borcu yaranıb.

E-saglam.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan küçəsi ev-24 göstərilən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 677.926,08 AZN vergi borcu var. 

Borca görə şirkətin rəhbərinin ölkədən çıxışına da məhdudiyyət qoyulub. Həmçinin Dövlət Vergi Xidməti tərəfindən aparılan operativ vergi yoxlaması nəticəsində "Planeta" İstehsal Kommersiya Şirkəti barəsində 1000 manat maliyyə sanksiyası tətbiq edilib. 

 

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur. O, "Planeta" şirkətinin təsisçisi və direktorudur. Elxan Yaqubov həm də Bioloji Təbabət Klinikasının təsisçisidir. 

E-saglam.az

 

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun