Kivi yuxunun keyfiyyətini
Kivi yuxunun keyfiyyətini

Yuxuya getməzdən 1 saat öncə kivi qəbul etmək yuxunun keyfiyyətini yaxşılaşdıra bilər.

E-saglam.az xəbər verir ki, yuxu çatışmazlığı diabet, ağıl zəifliyi və ürək böhranı da daxil olmaqla, sağlamlıqla bağlı ciddi problemlər riskini artıra bilər. Xoşbəxtlikdən, kiçik bir meyvə yuxunuzu yaxşılaşdıra bilər. Şirin, lakin ağızı qamaşdıran dada malik kivi sadəcə dadlı qəlyanaltı deyil.

Antioksidantlar və vitaminlərlə zəngin kiçik meyvələr yuxunun cürbəcür aspektlərini yaxşılaşdırmağa kömək edə bilər. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, kivi artıq uzun illərdir bir çox insanın yuxu ayinlərində mövcuddur, elm kivinin yuxugətirici kimi dəyərini təsdiq edir.

Araşdırmalar göstərib ki, bir ay ərzində yuxuya getməzdən öncə kivinin müntəzəm olaraq istehlakından sonra yuxunun keyfiyyəti, müddəti və səmərəliliyi yaxşılaşa bilər. Kivinin tərkibində böyük miqdarda serotonin və antioksidantlar, eləcə də B vitaminlər qrupundan olan fol turşusu kimi vitaminlər var. B vitamini yuxu pozuntularının müalicəsində və yuxu rejimini bərpa etməkdə kömək edə bilər.

Tədqiqatçılar 20-55 yaşarası insanlar qrupundan 24 nəfəri əsas götürərək, kivinin qida profilini araşdırmağı qərara alıblar. İştirakçılara dörd həftə ərzində hər gecə yuxuya getməzdən 1 saat əvvəl iki kivi qəbul etmək təklif olunub. Bu əlavədən dörd həftə sonra iştirakçılar daha az müddət oyaq qaldıqları, daha davamlı və səmərəli yuxu barədə məlumat veriblər.

E-saglam.az