Yandex watch
Kirayə ödəmək sizi qocaldır -

Alimlərin araşdırmasına görə, kirayə haqqı ödəmək insanları qocaldır və bu, işsizlikdən və siqaretdən daha təhlükəlidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, xüsusən böyük şəhərlərdə kirayə qiymətlərinin artması, mənzilin qeyri-müəyyənliyi və daimi köçmək qorxusu insanların psixoloji və fiziki sağlamlığına ciddi təsir göstərir.

Kirayə stressi, yuxu pozğunluğu, narahatlıq və depressiya kimi problemlərə səbəb olur, həmçinin hüceyrə səviyyəsində sürətlənmiş qocalmanın bioloji əlamətləri müşahidə edilir. Kirayə evlərində yaşayanlar daha çox xəstəlik riski ilə qarşı-qarşıya qalır, çünki bu evlər çox vaxt qeyri-sağlam şəraitdə olur.

Tədqiqatçılar, kirayə ev seçərkən yalnız qiymətə deyil, həm də evin ümumi vəziyyətinə, ekoloji şəraitə və müqavilə şərtlərinə diqqət yetirilməsinin vacib olduğunu bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az