Evdə təbii əl kremi hazırlamaq əllərinizi qışda quruma və çatlamadan qorumağın ən sadə yollarından biridir.
E-saglam.az-ın məlumatına görə, kimyəvi tərkibli kremlərlə müqayisədə arı mumu və zeytun yağı kimi təbii inqrediyentlər dərini həm nəmləndirir, həm də qoruyucu təbəqə yaradır.
Arı mumu antibakterial təsir göstərir, zeytun yağı isə dərinizi qidalandırır. Əsas resept sadədir: arı mumu, zeytun yağı, E vitamini yağı və istəyə görə lavanda efir yağı. Quru dəri üçün kakao yağı əlavə etmək olar.
Hazırlanma qaydası: arı mumunu, bitki yağlarını su buxarında əridib qarışdırın, soyuduqdan sonra krem halına salın. Kremi şüşə qabda saxlayın, istifadə zamanı gigiyena üçün barmaqla yox, çubuqla götürün.
Qeyd: Tərkibində qoruyucu olmadığından kremi az miqdarda hazırlayıb soyuducuda saxlamaq məsləhətdir. Müntəzəm istifadə ilə əllər yumşaq qalır və çatlamalara qarşı qorunur.
Tərcümə: Könül Oruc