Sağlamlıq
Kiflənmiş qidalara ötəri yanaşmayın -
Sağlamlıq
150

Kiflənmiş qidalara ötəri yanaşmayın - qaraciyər xərçənginə qədər apara bilər

Qastroenteroloq Olqa Çistik bildirib ki, kiflənmiş qidaların müntəzəm istehlakı ciddi sağlamlıq riskləri yarada bilər.

E-saglam.az  xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kifin əsas təhlükəsi mikotoksinlərdir. Bu zəhərli maddələr immun sistemini zəiflədir, böyrək və sinir sisteminə zərər verə bilər, hamiləlik dövründə isə döl üçün risk yaradır. O əlavə edib ki, bəzi insanlarda kiflənmiş qidaların qəbulu allergik reaksiyalar və astma tutmaları ilə də nəticələnə bilər. Uzunmüddətli və davamlı təsir isə qaraciyər xərçəngi riskini artıra bilər.

Həkim qeyd edib ki, kiflənmiş qida qəbul edildikdə kəskin zəhərlənmə də yarana bilər. Bu zaman ürəkbulanma, qusma, ishal, qarın ağrısı və qızdırma kimi əlamətlər müşahidə olunur. Xüsusilə uşaqlar və yaşlılarda bu vəziyyət ağır keçə və tibbi müdaxilə tələb edə bilər.

Mütəxəssis vurğulayıb ki, kif yalnız səthdə qalmır, qidanın iç qatlarına da yayılır. Buna görə də görünən hissənin kəsilməsi qidanı təhlükəsiz etmir. Çörək, yumşaq pendir, giləmeyvə, yumşaq meyvələr, mürəbbə və konservlərdə hətta kiçik kif izləri olduqda həmin məhsulun tamamilə atılması tövsiyə olunur.

Bununla yanaşı, bəzi sıx teksturalı qidalar - məsələn sərt pendirlər, kök və kələm - kiflənmiş hissə tam kəsildikdən sonra müəyyən hallarda istifadə oluna bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun