Keyfiyyətli istirahət üçün qıcıqlandırıcı amillərdən qurtulmağa dəyər.
E-saglam.az xəbər verir ki, somnoloq Mixail Poluyektov yaxşı yuxunun əsas düşmənlərini adlandırıb. Onun sözlərinə görə, müasir insanların əksəriyyəti onlarla tanışdır. Söhbət çoxşaxəli işlərdən və urbanizasiyanın təsirlərindən gedir.
Birincisi, həkim yatmazdan əvvəl smartfon və ya kompüter ekranı qarşısında sərf olunan vaxtı azaltmağı tövsiyə edib. Ekranlardan gələn mavi işıq melatonin istehsalına mane olur və yuxuya getməyi çətinləşdirir.
Bu cihazlar gözlərimizə zərərli mavi işıq saçır, buna görə də beynimiz ən qaranlıq gecəni işıqlı gün kimi qəbul edir və yuxululuq əvəzinə bizə gec saatlarda süni və yersiz güc göndərir, Poluektov izah etdi.
İkincisi, psixoloji tarazlığı qorumaq və stressdən qaçmaq üzərində işləmək vacibdir. Daxili harmoniya və sakitlik sizə keyfiyyətli və dolğun istirahətə hazırlaşmağa kömək edəcək.
Tərcümə: Könül Oruc