Yandex watch
Kəskin yaddaşın qızıl açarı qidadır: Beyin gücünü artırmaq üçün

Koqnitiv kəskinliyi qorumaq və yaddaşı gücləndirmək üçün sağlam həyat tərzi vacibdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, fiziki fəaliyyət, zehni stimullaşdırma, balanslı qidalanma, keyfiyyətli yuxu və stressin idarə edilməsi beynin güclü qalmasına kömək edir.

1. Fiziki fəaliyyət

Daimi məşq beyinə qan axınını artıraraq yaddaşı gücləndirir. Aerobik və güc məşqlərinin kombinasiyası ən təsirli üsuldur.

2. Zehni stimullaşdırma

Beyni aktiv saxlamaq üçün mütaliə edin, yeni bacarıqlar öyrənin, oyunlar oynayın və hobbilərlə məşğul olun. Bu, beyin hüceyrələri arasında yeni əlaqələr yaradır.

3. Sağlam həyat tərzi

Balanslı qidalanma, 7-8 saat keyfiyyətli yuxu və stressi idarə edən üsullar yaddaşı gücləndirir. Sosial əlaqələr də idrak funksiyalarını artırır.

4. Yaddaş texnikaları

Məlumatları xatırlamaq üçün onları hissələrə bölmək, xüsusi yerlərlə əlaqələndirmək və aralıq təkrarlama metodu istifadə etmək faydalıdır.

5. Beyni gücləndirən qidalar

Yağlı balıq, qoz-fındıq, giləmeyvə, tünd şokolad və zəfəran kimi qidalar yaddaşı dəstəkləyir.

6. Şəkəri azaltmaq

Qan şəkərinin balansda saxlanması, yüksək təzyiq və diabet kimi problemlərin qarşısını alaraq beyin funksiyalarını qoruyur.

Özünüzə nə qədər yaxşı baxsanız, yaddaşınız da bir o qədər güclü olar. Müntəzəm olaraq həkim məsləhəti almaq da vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az