Xəbərlər
Kərə yağı
Xəbərlər
337

Kərə yağı BAHALAŞDI

Son günlər kərə yağının qiymətində xeyli artım müşahidə edilir.

E-saglam.az-ın məlumatına görə, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb.

Elə satıcılar da qiymətlərin son günlər 3-6 manat arasında artdığını deyirlər.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur.

İqtisadçı Xalid Kərimli qeyd edib ki, qlobal bazarda süd məhsullarında bahalaşma qeydə alınıb.

Onun sözlərinə görə, Azərbaycan yağ idxalından asılı olan ölkə olduğu üçün xaricdə baş verənlər birbaşa daxili bazara təsir edir.

Ekspert qeyd edib ki, Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir. (Xezerxeber.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun