Kəpək, baş dərisində Malassezia göbələkləri və bakteriyaların balanssızlığı ilə əlaqəli ümumi bir problemdir.
E-saglam.az xəbər verir ki, Çin alimləri araşdırmalarında kəpəyin əsas səbəbinin bakteriyaların tarazlığının pozulması olduğunu aşkar ediblər.
Araşdırma nəticələri:
Kəpək olmayan insanlarda Propionibacterium bakteriyaları üstünlük təşkil edir, kəpəkli şəxslərdə isə bu bakteriyaların miqdarı azalır, Stafilokok bakteriyalar isə artır. Sağlam bakteriya tarazlığı kəpək probleminin həllində əsas amildir.
Təbii həll:
Araşdırmalar göstərir ki, tərkibində propionibakteriya olan qatıq, baş dərisindəki bakteriya balansını bərpa edə bilər. Qatığın təbii probiotik tərkibi kəpəyi azaltmağa və baş dərisini sağlam saxlamağa kömək edir.
Gündəlik istifadə:
Hər gün qatıq istehlakı həm baş dərisinin mikrobiomunu tarazlayır, həm də kəpək problemini kökündən həll edir. Bu təbii üsul sağlamlığa zərər vermir və effektivdir.
Belə ki, qatıq istifadəsi ilə kəpəkdən qurtulmaq mümkün və sadədir. Çin alimlərinin bu kəşfi bahalı məhsullara alternativ olaraq təbii, faydalı və uzunmüddətli bir həll təqdim edir.
Tərcümə: Könül Oruc