Qidalanma
Kələm turşusu qışda immuniteti gücləndirən
Qidalanma
235

Kələm turşusu qışda immuniteti gücləndirən ən faydalı məhsul kimi açıqlanıb

Moskva Səhiyyə Departamentinin Yetkinlər üçün İlkin Səhiyyə Xidməti üzrə baş mütəxəssisi, tibb elmləri doktoru Andrey Tyazhelnikov bildirib ki, turş kələm qış mövsümündə immuniteti gücləndirməyə və həzm sistemini dəstəkləməyə kömək edən ən əlverişli məhsullardan biridir.

E-saglam.az xəbər verir ki, o, RİA Novosti-yə açıqlamasında vurğulayıb ki, turş kələm uzun illərdir xalq arasında geniş istifadə olunur və onun sağlamlıq faydaları elmi olaraq da təsdiqlənib.

Fermentasiya prosesi zamanı əmələ gələn faydalı bakteriyalar və lif bağırsaq mikroflorasının balansına müsbət təsir göstərir. Bundan əlavə, turş kələm kalium, maqnezium, dəmir və B, K və C vitaminləri ilə zəngindir.

Həkimin sözlərinə görə, xüsusən C vitamini immun sisteminin güclü qalmasına kömək edir. Turş kələm həm də azkalorili məhsuldur və rasiona yüngül şəkildə daxil edilə bilər. Tyazhelnikov qeyd edib ki, onu hər gün yeməyə ehtiyac yoxdur, sağlamlıq üçün həftədə iki-üç dəfə 150 qram kifayətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun